Gözün doymur gözəllərdən, axtarırsan canan, baba | Elvin Məhərrəmli

Üzünü qırxandan sonra,qoca dayday
Oldun cavan oğlan, baba.
Gözəllərə bir göz vurdun,
Hamsı oldu heyran, baba.

Könlün cavan, özün qoca,
Fikir vermə toxa, aca.
Göndərərik səni haca,
Olarsan müsəlman, baba.

Səndə eşqin yazanısan,
Nənəmin canı qanısan.
Köhnənin partizanısan,
Yaman baba, yaman, baba.

Yoxdu sənə bərabər, tən,
Ağ saçına düşübdü dən.
Gözün doymur gözəllərdən,
Axtarırsan canan, baba.

Elvin deyər döz hər dərdə,
Hörmətin var sənin eldə.
Bəzənirsən xeyir şərdə,
Ürəklərdə qalan baba.
 

0 şərh